Şəmkirdə avtoxuliqanlıq edən sürücü saxlanıldı

30.03.2025

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Şəmkirdə avtoxuliqanlıq edən sürücü saxlanılıb.

Oxu.Az-ın məlumatına görə, Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində idarə etdiyi VAZ-2106 markalı avtomobillə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən Məhərrəm Abdullayevi saxlayıb.

Sürücü barəsində inzibati protokol tərtib olunaraq qərar qəbul edilməsi üçün məhkəməyə göndərilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью