Şəmkirdə ayı görüntüləndi Foto

26.11.2026

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Şəmkir rayonunda vəhşi heyvanın yaşayış sahəsinə yaxınlaşması qeydə alınıb.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Keçili (Xuluf) kəndində, yerli sakinlər arasında klub kimi tanınan ərazinin yaxınlığında baş verib.
 

Gecə saatlarında həyətyanı sahəyə daxil olan qonur ayı sakinlər tərəfindən lentə alınıb. Görüntülərdən də aydın olur ki, yırtıcı heyvan yaşayış evlərinin bilavasitə yaxınlığına qədər gəlib.


Xüsusilə axşam və gecə saatlarında kənd sakinlərinin ehtiyatlı olmaları, mal-qaranı və həyətyanı sahələri nəzarətsiz qoymamaları tövsiyə olunur. (mənbə: “Şəmkir 57” səhifəsi)


Bizim.Media 
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью