Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Şəmkir rayonunda vəhşi heyvanın yaşayış sahəsinə yaxınlaşması qeydə alınıb.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Keçili kəndində baş verib.
Ayı yerli sakinlər arasında klub kimi tanınan ərazinin yaxınlığında görünüb.
Gecə saatlarında həyətyanı sahəyə daxil olan qonur ayı sakinlər tərəfindən foto lentə alınıb.
Məlumat üçün bildirək ki, Keçili kəndində meşəlik ərazi yoxdur, boş açıq sahələr var. Bundan əlavə kənd Şəmkir çayının tam, Kür çayının isə qismən yaxınlığında yerləşir.