Icma.az, Apa.az saytına istinadən bildirir. Şəmkirdə 13 yaşlı uşaq üzərinə maşın düşməsi nəticəsində ölüb.
APA-nın məlumatına görə, hadisə ötən gün baş verib. Məlumata görə, 1991-ci il təvəllüdlü Əlixan Qasımov oğlu 2012-ci il təvəllüdlü İ.Q.
ilə birgə yaşadığı Abbaslı kəndindəki evin həyətində “VAZ-21011” markalı avtomobilinin təkərini dəyişərkən ehtiyatsızlıqdan avtomobil oğlunun üzərinə düşüb və o, ölüb.
Faktla bağlı araşdırma aparılır. Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.