Şəmkirdə bıçaq xəsarəti alan qız xəstəxanada ölüb

24.07.2026

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Şəmkirdə bıçaq xəsarəti alan yeniyetmə qız xəstəxanada ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, rayonun Mahmudlu kənd sakini 2014-cü il təvəllüdlü Ə. Namazova ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Göstərilən tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə qızın valideynləri onun bu gün itkin düşməsi ilə bağlı polisə müraciət ediblər.

Lakin bundan bir qədər sonra yeniyetmə öz həyətyanı sahələrindən yaralanmış şəkildə tapılıb.

Hazırda hadisənin baş vermə səbəbləri polis əməkdaşları tərəfindən araşdırılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью