Şəmkirdə bıçaqlanan 12 yaşlı qız həyatını itirib

25.07.2026

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xəbər verildiyi kimi Şəmkirdə yeniyetmə qız bıçaqlanıb. Rayonun Mahmudlu kənd sakini 2014-cü il təvəllüdlü Ə. Namazova ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
TƏBİB-dən Bizim.Media-ya bildirilib ki, 24.07.2026-cı il tarixində saat 21:00 radələrində 2014-cü il təvəllüdlü azyaşlı (qadın cinsli) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə ölü vəziyyətdə gətirilib.
İlkin məlumata görə, qızın valideynləri onun bu gün itkin düşməsi ilə bağlı polisə müraciət ediblər. Lakin bundan bir qədər sonra yeniyetmə öz həyətyanı sahələrindən yaralanmış şəkildə tapılıb.
Hazırda hadisənin baş vermə səbəbləri polis əməkdaşları tərəfindən araşdırılır.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью