Şəmkirdə bıçaqlanan kişi xəstəxanaya aparılarkən ölüb

28.10.2026

Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.

Şəmkir rayonunun Zəyəm qəsəbəsində bıçaqlanan kişi həyatını itirib.

1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xəstəxanaya aparılarkən yolda ölüb.

İlkin məlumata görə, hadisəni 53 yaşlı Zəyəm qəsəbə sakini Sadıx İsmayılov törədib. Hər iki şəxs qonşudur. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma başlanılıb.

///report///

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью