Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xəbər verdiyimiz kimi, Şəmkir rayonunun Varlı Həyat kəndində yerləşən evlərin birində bir kişi və bir qadın meyiti tapılıb.
Bizim.Media apa.az-a istinadən xəbər verir ki, həmin hadisənin bəzi təfərrüatı məlum olub.
Belə ki, kənd sakini, 1968-ci il təvəllüdlü R.Mustafayev gün ərzində kənddə görünmədiyindən və telefon zənglərinə cavab vermədiyindən yaxınları onun yaşadığı evə yollanıblar.
Evin qapısının bağlı olduğunu görən yaxınları hasardan aşaraq həyətə daxil olublar.
Onlar evdə R.Mustafayevin və şəxsiyyəti hələlik müəyyənləşdirilməyən qadının meyitini aşkar ediblər.
Mərhumun yaxınlarının sözlərinə görə, R.Mustafayev kənddə əkinçiliklə məşğul olurmuş. Meyiti tapılan qadının isə onun yanında işlədiyi bildirilir.
Məlumata görə, R.Mustafayev bir neçə il əvvəl ailəsindən ayrılıb. Onun övladının olduğu bildirilir.
Alınan son məlumata görə, baş verən hadisə zamanı kişi qeyri-rəsmi yaşadığı qadını öldürüb. Bundan sonra isə o intihar edib.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.
Bizim.Media