Bizim media saytına istinadən Icma.az xəbər verir.
Şəmkir ərazisində kişi meyiti tapılıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonunun kəndlərindən birində baş verib.
1983-cü il təvəllüdlü İlqar Məmmədovun meyiti aşkar edilib. İlkin ehtimallara görə, mərhumun meyiti vəhşi heyvan tərəfindən parçalanıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu.