Şəmkirdə dərədən meyiti tapılan kişini oğlu öldürüb TƏFƏRRÜATLAR

26.01.2026

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi Şəmkirin Zəyəm Cırdaxan kəndində sakini 1970-ci il təvəllüdlü Arif Nəbiyevin qətlə yetirilməsi ilə bağlı şübhələr meydana çıxıb.
 

MÖVZU İLƏ BAĞLI:

Şəmkirdə dərədən meyiti tapılan şəxsin qətlə yetirildiyi MƏLUM OLDU


Bizim.Media-nın yerli bürosunun məlumatına görə, 56 yaşlı kişinin başından küt alətlə vurulduğu ehtimal edilir.
Onun ölümü ilə əlaqədar bir sıra təfərrüatlar məlum olub. Qətl hadisəsinin A.Nəbiyevin yeniyetmə oğlu tərəfindən törətdiyi ehtimal olunur.
 

Məlumata görə, A.Nəbiyev ötən ilin iyulunda Rusiya Federasiyasından yaşadığı Zəyəm Cırdaxan kəndinə gəlib və burada yaşamağa başlayıb. Təxminən 4-5 gün öncə onun itkin düşməsi xəbəri yayılıb. Bu gün isə meyiti tapılıb.


56 yaşlı kişinin Rusiyada dünyaya gələn və onunla birlikdə Azərbaycana qayıdan oğlu tərəfindən qətlə yetirildiyi ehtimal olunur. Onun oğlunun ölkə ərazisini tərk etdiyi bildirilir.
Yeniyetmənin barəsində axtarış elan olunub. Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma başlanılıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью