Şəmkirdə dərədən meyiti tapılan şəxsin qətlə yetirildiyi MƏLUM OLDU

26.01.2026

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Şəmkir rayonunda dərədən meyiti tapılan şəxsin qətlə yetirildiyi müəyyənləşib.
 

MÖVZU İLƏ BAĞLI:

Dərədən meyiti tapıldı


Bizim.Media apa-ya istinadən xəbər verir ki, 1970-ci il təvəllüdlü A. Nəbiyevin başına küt alətlə zərbə endirilib.
O, aldığı xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib. İlkin məlumata görə, 56 yaşlı kişi oğlu tərəfindən qətlə yetirilib.
 

Hazırda şübhəli şəxsin saxlanılması istiqamətində Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.


Faktla bağlı araşdırma aparılır.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью