Şəmkirdə dərədən tapılan meyitlə bağlı yeni təfərrüatlar YENİLƏNİB

26.01.2026

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Şəmkir rayonunda dərədən tapılan meyitin 56 yaşlı kişiyə məxsus olduğu və onun qətlə yetirildiyi müəyyən edilib.

"Unikal"ın məlumatına görə, 1970-ci il təvəllüdlü A. Nəbiyevin başına küt alətlə zərbə endirilib. O, aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

İlkin məlumata əsasən, qətlin A. Nəbiyevin oğlu tərəfindən törədildiyi ehtimal olunur. Hazırda şübhəli şəxsin saxlanılması istiqamətində Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

XXX

11:30

Şəmkir sakini dərədən yıxılaraq ölüb.

"Unikal"ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Zəyəm Cırdaxan kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd sakini 1970-ci il təvəllüdlü A.Nəbiyev kənd ərazisində dərədən yıxılaraq həyatını itirib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Fakt araşdırılır.

Tural Əhmədov


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью