Icma.az, Lent az saytına istinadən bildirir.
Şəmkirdə dərmandan zəhərlənən qadın xəstəxanada ölüb.
Lent.az-ın məlumatına görə, hadisə rayonun Qasımalılar kəndində qeydə alınıb. Kənd sakini, 40 yaşlı G.Ələsgərova dərman zəhərlənməsi diaqnozu ilə Şəmkir xəstəxanasına daxil olub. Xəstəxanda həkimlərin tibbi yardımlarına baxmayaraq qadının həyatını xilas etmək mümkün olmayıb.
40 yaşlı qadının hansı şəraitdə dərmandan zəhərlənməsi hələlik məlum deyil.
Qeyd edək ki G.Ələsgərova ailəli olub.
Faktla bağlı Şəmkir rayon prokrorluğunda araşdırma aparılır.