Şəmkirdə dördotaqlı ev yanıb

20.03.2025

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Şəmkir rayonunun Qədimqala kəndində ümumi sahəsi 160 m² olan kürsülü, dördotaqlı ev yanıb.

"Ölkə.az" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, evin dam örtüyünün taxta atmaları 120 m² sahədə, bir otağın tavanı 6 m² sahədə, mətbəxin yanar konstruksiyaları və ev əşyaları 30 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğından mühafizə bölmələri tərəfindən yanğın söndürülüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью