Şəmkirdə əməliyyat: silahlı şəxslər saxlanıldı

15.02.2025

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Şəmkirdə saxlanılan 3 nəfərdən odlu silahlar və narkotik vasitələr aşkarlanıb.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan Axar.az-a verilən məlumata görə, Şəmkirdə polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən və üzərində odlu silah-sursat saxlayan 41 yaşlı Ruslan Musayev, 36 yaşlı Ramin Adıgözəlov və 35 yaşlı Arzu Əlizadə saxlanılıblar.

R.Musayevdən marixuana, “Kalaşnikov” avtomatı, daraq, 12 ədəd patron, R.Adıgözəlovdan “Makarov” tapançası, sandıqca, 4 ədəd patron, A.Əlizadədən isə 4 kiloqrama yaxın narkotik vasitə tiryək və heroin aşkarlanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью