Şəmkirdə ət dükanlarının fəaliyyəti bərpa edilib

16.05.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Şəmkir rayonunda ət dükanlarının fəaliyyəti bərpa edilib.

Bakıvaxtı.az xəbər verir ki, Şəmkir Rayon İcra Hakimiyyətinin nəzarətə götürdüyü məsələ öz həllini tapıb.

Bu gün səhər saatlarından başlayaraq rayonda ət dükanlarının fəaliyyəti bərpa olunub.

Qeyd edək ki, Şəmkirdə ət kəsim mərkəzlərində qiymətlərin artırılması səbəbindən qəssablar son bir neçə gündə öz fəaliyyətlərini dayandırmışdılar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью