Şəmkirdə evdə partlayış olub, xəsarət alan var

14.12.2024

Icma.az, Report.az saytına istinadən bildirir.

Şəmkir rayonunda evdə baş vermiş partlayış nəticəsində bir nəfər yaralanıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Seyfəli kəndində qeydə alınıb.

Əraziyə hüquq mühafizə orqanlarının və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью