Şəmkirdə evdə yanğın olub, bir nəfər xəsarət alıb

16.09.2026

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Şəmkir sakini yanıq xəsarətləri alıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Çənlibel kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1965-ci il təvəllüdlü S.Səfərov hər iki əllərinin 2-3 dərəcəli yanığı diaqnozu ilə xəstəxanaya yeləşdirilib.

Dərhal ona yardım edilib, hazırda vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, S.Səfərov yaşadığı evdə yanğının qarşısı alarkən yanıq xəsarətləri alıb.

Hadisə yerinə adiyyəti qrumların əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью