Şəmkirdə FACİƏ: boğazına ip dolanan kişi boğulub öldü

08.10.2025

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Şəmkirdə tövlədə boğazına ip dolanan kişi ölüb.

Ölkə.az Lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Könüllü kəndində qeydə alınıb.

Əlizadə İsə Zamiq oğlu yaşadığı evin həyətindəki tövlədə boğazına ip dolandığı üçün boğularaq, yerə yıxılıb. O, bu halda ailə üzvləri tərəfindən aşkarlanıb və rayon mərkəzi xəstəxanasına aparılıb. Lakin görülən tədbirlərə baxmayaraq, orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью