Şəmkirdə fərdi evdə yanğın

07.01.2025

Icma.az, Teleqraf.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şəmkir rayonunda fərdi evlərdən birində yanğın olub.

Teleqraf.com-un yerli bürosu xəbər verir ki, hadisə Çinarlı qəsəbəsinin İsmət Qayıbov küçəsində qeydə alınıb.

Qəsəbə sakini Elmidar Həsənova məxsus dörd otaqlı evin zirzəmisindən başlayan yanğın otaqlardan birinə keçib.

Hadisə yerinə Şəmkir rayon Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri cəlb olunub.

İlkin ehtimala görə, hadisəyə səbəb elektrik naqillərində yaranan qısaqapanmadır. Hazırda qəsəbəyə verilən elektrik enerjisi də kəsilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью