Icma.az, Lent az saytına istinadən bildirir.
Şəmkirdə fərdi yaşayış evində yanğın baş verib.
Lent.az-ın məlumatına görə, hadisə rayonun Qaracəmirli kəndində qeydə alınıb. Belə ki, 1972-ci il təvəllüdlü X.Məmmədova məxsus ümumi sahəsi 150 kvadratmetr olan 4 otaqlı yaşayış evində qəfil yanğın başlayıb.
Alov qısa müddətdə bütün evi bürüyüb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları və yanğınsöndürən texnikaları cəlb olunub.
Yanğın nəticəsində ev içərisindəki əşyalarla birlikdə tamamilə yanaraq yararsız vəziyyətə düşüb. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov söndürülüb, ətrafdakı tikililər və qonşu evlər yanğından mühafizə olunub.
Hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu