Şəmkirdə gənc oğlanı qatar vuraraq öldürüb

08.09.2026

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Şəmkirdə gənc oğlanı qatar vurub.

Milli.Az apa-ya istinadən xəbər verir ki, hadisə Bakı-Böyük Kəsik-Gürcüstan dəmir yolu xəttinin rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayonun Sabirkənd kənd sakini, 2002-ci il təvəllüdlü R. Vəliyevi dəmir yolu xəttini keçərkən qatar vurub.

Gənc aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью