“Şəmkir”də gözlənilməz təmizlik

31.08.2026

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

II Liqada mübarizə aparan “Şəmkir” komandası bütün oyunçuları ilə bağlanan müqavilələri ikitərəfli razılıq əsasında ləğv edib.

Futbolpress.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin rəsmi sosial şəbəkə səhifələrində bəyanat yayılıb.

Məlumatda vurğulanıb ki, kollektivin gələn mövsüm üçün planları və yenidən qurulacaq heyəti haqqında yaxın vaxtlarda ictimaiyyətə geniş açıqlama veriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью