Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az-ın məlumatına görə, rayonunun İrmaşlı kənd sakinləri, 1992-ci il təvəllüdlü Rüstəmli Vüsal Zöhrab oğlunun idarə etdiyi “VAZ”-2110 və Şiştəpə kənd sakini, 1991-ci il təvəllüdlü Hüseynov Orxan Qoşqar oğlunun idarə etdiyi “Mitsubishi” markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində “VAZ”-2110-un sürücüsü ölüb, sərnişini, 2020-ci il təvəllüdlü Rüstəmli Adəm Vüsal oğlu xəsarət alıb.
Fakt araşdırılır.