Şəmkirdə iki ədəd əl qumbarası tapılıb

10.04.2025

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Şəmkirdə iki ədəd əl qumbarası aşkar edilib.

"Report"un Qərb bürosunun məlumatına görə, Şəmkir şəhəri ərazisində su arxının kənarında 2 ədəd "F-1" əl qumbarası tapılıb.

Polis əməkdaşları və digər aidiyyəti qurumların əməkdaşları hadisə yerinə gəlib və əl qumbaraları götürülüb.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az" 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью