Şəmkirdə iki maşın toqquşdu

07.11.2024

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Şəmkirdə 2 nəfərin xəsarət alması ilə nəticələn yol qəzası baş verib.

Lent.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Hərəkətdə olan yük avtomobili ilə “Chevrolet” markalı minik maşını toqquşub.

Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью