Şəmkirdə iki maşın toqquşdu Xəsarət alan var

15.01.2026

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Şəmkirdə yol qəzası baş verib. 

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Nizami küçəsində qeydə alınıb. Hərəktədə olan "Opel "ilə "Mercedes " markalı avtomobillər toqquşub. Zərbənin təsirindən avtomobillərdən biri idarəetmədən çıxaraq yol kənarında dayanan piyada 1958-ci il təvəllüdlü N.Rzayevi  vurub. Dərhal piyada xəstəxanaya çatdırılıb.

Hazırda onun vəziyyətinin kafi olduğu bildirilir. Hadisə yerinə rayon polis şöbəsinin əməkdaşları cəlb edilib.

Fakt araşdırılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью