Şəmkirdə iki maşın toqquşub, xəsarət alanlar var

23.05.2025

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Gədəbəy-Şəmkir yolunda, rayonun Çənlibel kəndində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью