Şəmkirdə iki nəfər qidadan zəhərlənib

15.03.2025

Icma.az bildirir, Unikal.az portalına istinadən.

Şəmkirdə zəhərlənmə hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə rayonun İrmaşlı kəndində baş verib.

İrmaşlı kənd sakinləri, 1968-ci il təvəllüdlü Məmmədzadə Arzuman Hidayət oğlu və 1982-ci il təvəllüdlü Bayramova Mayisə Cabir qızı yaşadıqları ünvanda qəbul etdikləri qidadan (pomidor turşusu olduğu ehtimal olunur) zəhərləniblər.

Hər iki şəxs xəstəxanaya yerləşdirliblər, onların vəziyyətlərinin normal olduğu bildirilir.

Tural Əhmədov


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью