Şəmkirdə iki qohum bıçaqlandı Biri yeniyetmədir

12.06.2025

Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

BAKU.WS Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun mərkəzi küçələrindən birində qeydə alınıb.

İlkin məlumata görə, hadisə zamanı 17 yaşlı Heydər Həsənov və 1984-cü il təvəllüdlü Cəfər Tağıyev bıçaqlanıb.

Hər iki şəxs qohumdur. Yaralılar Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Onlara ilkin tibbi yardım göstərilib. Hazırda vəziyyətləri orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma başlanılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью