Şəmkirdə insanların futbola marağı yüksək səviyyədədir | Icma.az
Icma.az bildirir, Qol.az saytına əsaslanaraq. Medianın İnkişafı Agentliyinin layihəsi Azərbaycan futbol millisinin sabiq hücumçusu Vüqar Nad
Ötən həftə "Haypers Quba"dan ayrılan mütəxəssis Azərbaycan 2-ci liqasının digər bir klubu "Şəmkir"ə baş məşqçi təyin olundu.
Hazırda "Şəmkir" 2-ci liqanın turnir cədvəlində 13 xalla 6-cı pillədə qərarlaşır.
Vüqar Nadirovun bu vəzifəyə təyinatı, onun qarşıya qoyduğu hədəflər maraq doğurur. Ona görə də bugünkü həmsöhbətimiz məhz Vüqar Nadirovdur.
QOL.az saytına danışan V.Nadirov əvvəlcə "Şəmkir"ə gəlişindən və klub rəhbərliyi ilə münasibətlərindən söz açıb: "Şəmkir"in böyük tarixi var.
"Şəmkir" vaxtilə Azərbaycanı Çempionlar Liqasında təmsil edib. Burada iddialı futbolçular, məşqçilər olub.
Üstəlik, mənim "Şəmkir"in rəhbərliyi ilə dostluq münasibətim var. Onlar mənə təklif etdilər. Mən də bu təklifi məmnuniyyətlə qəbul etdim".
V.Nadirov vurğulayıb ki, Şəmkirdə insanların futbola marağı yüksək səviyyədədir: "Doğrudan da Şəmkir camaatı futbolu bilən, sevən insanlardır.
Tam oxu
Xəbəri oxu