Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Şəmkirdə qətl hadisə baş verib.
Bakıvaxtı.az-ın məlumatına görə, hadisə rayon ərazisində yerləşən kafelərin birində baş verib.
Belə ki, 1999-cu il təvəllüdlü S.Tağıyev ürək nahiyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yeləşdirilib. Ona tibbi müdaxilə edilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Araşdıma zamanı məlum olub ki, S.Tağıyevi aralarında baş verən mübahisə zamanı həmyerlisi 1998-ci il təvəllüdlü F.Həsənov ürək nahiyəsindən bıçaqla vurub.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə S.Tağıyevi kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinən F. Həsənov saxlanılaraq istintaqa təhvil verilib.