Şəmkirdə KİNOSAYAĞI OĞURLUQ Maska ilə evə daxil oldu və...

19.10.2025

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Şəmkirdə quldurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bizim.Media xəbər verir ki, sentyabrın 25-i axşam saatlarında Şəmkir Rayon Polis Şöbəsinə rayonun Kür qəsəbəsində yaşayan bir sakinin evinə maskalı, naməlum şəxsin qanunsuz daxil olaraq ev sahibinə küt alətlə xəsarət yetirməsi və 3 000 manat nağd pulu ələ keçirməsi barədə məlumat daxil olub.
 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən qəsəbə sakini, 44 yaşlı Akif Məmmədov müəyyən edilərək saxlanılıb və istintaqa təhvil verilib.


Faktla bağlı araşdırmalar davam etdirilir. (Report.az)
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью