Şəmkirdə kütləvi DAVA: 3 nəfər bıçaqlandı, biri dünyasını dəyişdi

09.11.2024

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Şəmkirdə kütləvi dava ölümlə nəticələnib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhər ərazisində bir neçə nəfərin arasında düşən mübahisə zamanı üç nəfər müxtəlif dərəcəli bıçaq xəsarətləri alıb.
Onlar bədənlərinin kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə xəstəxanaya çatdırılıblar. Yaralılar dərhal əməliyyata götürülüblər. Həkimlərin səyinə baxmayaraq onlardan birinin öldüyü məlum olub. Digər zərərçəkənlərin isə əməliyyatdan sonra müalicəsi davam etdilir.
Hadisənin hansı səbəbdən törədildiyi və bıçaq xəsarəti alanların şəxsiyyəti müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью