Şəmkirdə kütləvi dava: 4 nəfər saxlanıldı

08.03.2025

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Şəmkir rayonunun Dəllər qəsəbəsində kütləvi dava baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunundan Axar.az-a bildirilib ki, faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, müvafiq ekspertiza təyin olunub.

“O. Məmmədova müxtəlif bədən xəsarətləri yetirməkdə şübhəli bilinən 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib. Ekspertizanın və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”, - Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью