Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Şəmkir-Gədəbəy yolunun rayonun Yasamal adlanan ərazidən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə "VAZ 2106" markalı minik maşını idarəetmədən çıxıb. Nəticədə minik maşını 50 metr dərəyə aşıb.
Qəza nəticəsində avtomobillin sürücüsü - Şəmkir rayon sakini 1984-cü il təvəllüdlü D.Əhmədov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.