Şəmkirdə maşınla vurulan piyada ölüb

27.02.2026

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Moderator.az xəbər verir ki, rayonunun Dəllər Daşbulaq kənd sakinini, 2002-ci il təvəllüdlü Sərxan Ələkbərov idarə etdiyi "VAZ"-2107 markalı avtomobillə piyada, 1974-cü il təvəllüdlü İmamməddin Cəfərovu vurub.

Nəticəfə 52 yaşlı piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırma başlanılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью