Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Şəmkirdə avtomobil yanıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində baş verib.
Şahidlər bildirdiyinə görə, "Mercedes" markalı avtomobil anidən alışıb. Hadisə yerinə iki yanğın söndürən avtomobil cəlb olunub. Edilən müdaxilələrə baxmayaraq avtomobil tamamilə yanıb.
Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu