Şəmkirdə məzuniyyətə gələn hərbçi xəsarət aldı

31.07.2025

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şəmkirdə 28 yaşlı gənc oğlan xəsarət alıb.

"Unikal"ın məlumatına görə, hadisə rayonun ərazisində baş verib

Belə ki, rayon sakini 1997-ci il təvəllüdlü O. Cəmilli kəsici alətlə xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alan şəxs hərbçidir, o, 4 gündür məzuniyyətə gəlibmiş.

Xəstə dərhal əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Fakt araşdırılır.

Tural Əhmədov


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью