Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Şəmkirdə evin həyətində kişi meyiti tapılıb.
Lent.az-ın məlumatına görə, hadisə səhər saat 7 radələrində rayonun Mahmudlu kəndində qeydə alınıb.
Kənd sakini 64 yaşlı Mehman İsrayıl oğlu Qurbanovun meyiti yaşadığı evin həyətində ailəsi tərəfindən aşkarlanıb. Onun hansı səbəblə öldüyü bilinmir.
Araşdırma aparılır.