Şəmkirdə narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb AZƏRTAC

22.01.2025

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Şəmkir, 22 yanvar, AZƏRTAC

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan, əvvəllər də analoji əməlinə görə məhkum olunmuş 38 yaşlı E.Əliyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, onun üzərindən və evindən 2 kiloqramdan çox tiryək, marixuana və metamfetamin aşkar edilərək götürülüb.

Saxlanılan şəxs narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, E.Əliyev barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью