Şəmkirdə piyadanı maşınla vurub öldürdü Yenilənib

22.08.2026

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Bakı-Qazax yolunda ölümlə nəticələnən qəza olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Şəmkir rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes Vito” markalı avtomobil yolu keçmək istəyən təxminən 50-60 yaşlarında qadını vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Onun nəşi Məhkəmə Tibbi Ekspertiza və Anatomiya Birliyinin Şəmkir Rayon Şöbəsinə yerləşdirilib. Hazırda vəfat edən piyadanın şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma başlanılıb.

***

Şəmkirdə yol qəzasında vəfat edən şəxsin kimliyi məlum olub.

Belə ki, yolu keçmək istəyərkən maşın vurması nəticəsində həyatını itirən şəxs 1972-ci il təvəllüdlü Şəmkir rayon Mahmudlu kənd sakini Tərəvət İsrafilovadır.

Yunis Quliyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью