Şəmkirdə polis mayoru vəfat etdi

09.12.2024

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şəmkirdə polis əməkdaşı ağır xəstəlikdən vəfat edib.

"Unikal"ın  bölgə müxbiri xəbər verir ki, 1975-ci il təvəllüdlü Heydərov Eldəniz Bulud oğlu  ötən gün dünyasını dəyişib.

Onun uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilib.

Qeyd edək ki, polis mayoru uzun illərdir Şəmkir rayon Polis Şöbəsində işləyib. Ölümünə qədər Rayon polis şöbəsinin  Seyfəli kənd sahə rəisi olub.

Ailəli olan polis əməkdaşının 2 övladı var.

Tural Əhmədov


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью