Şəmkirdə Prado Kamaz la toqquşdu

03.05.2025

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Şəmkirdə qəza baş verib.

"Unikal"ın məlumatına görə, hadisə Şəmkir-Sabirkənd-Zəyəm avtomobil yolunun Dəllər Cəyir kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Şəmkir rayonunun Zəyəm Cırdaxan kənd sakini 1990-cı il təvəllüdlü Adıgözəlov Elşad Sahib oğlunun idarə etdiyi "Toyota Prado" və Dəllər qəsəbə sakini, 1963-cü il təvəllüdlü Məmmədov Valeh Əhməd oğlunun idarə etdiyi "Kamaz" markalı avtomobillər toqquşub. 

Nəticədə "Toyota Prado"nun sürücüsü və sərnişini, 1988-ci il təvəllüdlü Vəliyev Tahir Rafiq oğlu xəsarətlər alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью