Şəmkirdə psixoloji problemi olan şəxs dərmandan zəhərlənərək ölüb

08.03.2025

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Martın 6-da Şəmkirin Dəllər Cəyir kəndində ruhi xəstə olan 19 yaşlı İ.Mürşüdov yaşadığı evdə dərmandan zəhərlənib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib.

2006-cı il təvəllüdlü şəxs xəstəxanaya aparılarkən yolda vəfat edib.

Faktla bağlı araşdırmalar aparılır.

Məhərrəm Əliyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью