Şəmkirdə qarət: 2 nəfər saxlanıldı

19.11.2025

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Noyabrın 18-də gecə saatlarında Şəmkirdə yerləşən yaşayış evlərindən birinə daxil olan 2 naməlum şəxs ev sahibini kəsici alətlə hədələyərək pulunu və evin açarlarını ələ keçiriblər.

“Yeni Sabah” xəbər verir ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxslər müəyyən olunub. Bu, 2010-cu il təvəllüdlü Elay İsgəndərov və 2007-ci il təvəllüdlü Cəsur Qarayev saxlanılaraq istintaqa təhvil veriliblər.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью