Şəmkirdə qayınata ilə kürəkən bir birini bıçaqlayıb, ölən var

06.09.2025

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

Şəmkirdə qayınata ilə kürəkən arasında yaranan mübahisə ölümlə nəticələnib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Sarıtəpə kəndində qeydə alınıb. 

Belə ki, 1968-ci il təvəllüdlü Sənan Əsgərov kürəkəni, 1993-cü il təvəllüdlü Tural Abdullayevlə dalaşıb. Toyuqlu pizza

Dava qısa zamanda daha da şiddətlənib və S.Əsgərov kürəkəninə, T. Abdullayev də qayınatasına bıçaqla xəsarətlər yetirib.

Hər 2 şəxs xəstəxanaya çatdırılsa da, T. Abdullayevin həyatını xilas etmək mümkün olmayıb. Sənan Əsgərovun vəziyyəti isə kafi qiymətləndirilir.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью