Şəmkirdə qayınata kürəkənini qətlə yetirdi YENİLƏNİB | Icma.az
Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. Şəmkirdə qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.
Şəmkir rayon prokurorluğundan "Unikal"a verilən məlumata görə, sentyabrın 5-də saat 23 radələrində Şəmkir rayonu Sarıtəpə kəndi ərazisində 1993-cü il təvəllüdlü Tural Abdullayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1968-ci il təvəllüdlü Sənan Əsgərovun yaşadığı evdə aralarında yaranmış mübahisə zamanı kürəkəni, Bakı şəhər sakini Tural Abdullayevə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Sənan Əsgərov iş üzrə şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam etdirilir.
***09:01 Şəmkirdə qayınata və kürəkən bir-birilərinə bıçaqla xəsarət yetirib.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Sarıtəpə kəndində qeydə alınıb.
Belə ki, 1968-ci il təvəllüdlü Sənan Əsgərov və Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Tural Abdullayev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.
Tam oxu
Xəbəri oxu