Şəmkirdə qəza Sürücü öldü

26.02.2026

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Şəmkirdə iki avtomobil toqquşub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə fevralın 24 saat 16 radələrində baş verib.

Belə ki, 1953-cü il təvəllüdlü Fəxrəddin Məmmədov Fəxrəddin idarə etdiyi VAZ 2106 markalı minik avtomobili ilə Şəmkir rayonu, Qasımalılar kəndi ərazisində ötmə əməliyyatı edərək əks istiqamətli hərəkət zolağına çıxaraq, qarşıdan gələn 1976-cı il təvəllüdlü Mustafayev Kamil İbrahim oğlunun idarə etdiyi “Mitsubishi L200” markalı minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində sürücü F.Məmmədov Şəmkir RMX-da ölüb, VAZ 2106 markalı avtomobildə sərnişin qismində olan 1963-cü il təvəllüdlü Natella Səlimova isə xəsarət alıb.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью