Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.
Şəmkir rayonunda qətl hadisəsi baş verib.
"Yeni Sabah" xəbər verir ki, hadisə rayonun Zəyəm qəsəbəsində qeydə alınıb.
1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq xəsarəti alıb. O, xəstəxanaya aparılarkən yolda həyatını itirib. pizza mizza
İlkin məlumata görə, hadisəni 53 yaşlı qəsəbə sakini Sadıx İsmayılovun törətdiyi ehtimal olunur. Bildirilir ki, tərəflər qonşu olublar.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb ediliblər.
Polisin keçirdiyi tədbirlər nəticəsində S.İsmayılov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır./Oxu.az